"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində sabah Moldovanın "Şerif" klubunu qəbul edəcək. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: "Bu oyun bizim üçün çox vacibdir. Həddindən artıq diqqətli olmalıyıq, çünki bir oyun nəticəni təmin edir. Yaxşı və təcrübəli komandaya qarşı oynayırıq. Futbolçuların hazırlığı meydanda bir-birini tamamlamalıdır. Düşünürəm ki, sabahkı oyunda hər şey yerli yerində olacaq".